
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Gununsesi.info yeni təyin edilən icraçı direktorun tərcümeyi-halını təqdim edir.
Şahin Babayev 1988-ci ildə anadan olub. 2006-2010-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
O, 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, rus və ingilis dillərini bilir.