
Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asılan avtomobilin videosu sosial şəbəkənin erməni seqmentində geniş rezonans doğurub. Sözügedən avtomobilin sürücüsü polis bölməsinə aparılıb.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, sürücü qanun pozuntusunun səbəblərini aydınlaşdırmaq üçün Vağarşapat polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.