Zelenski mənə Cavad Xanı xatırladır - AĞALAR BAYRAMOV

  • By admin
  • 01 Mart 2025 08:23

Ukrayna Prezidenti Volodomir Zelenskinin Ağ Evdə Prezident Donald Trampla mübahisəsi dünyada böyük marağa səbəb olub.

Ukrayna liderinin ABŞ prezidentinin qarşısında sərgilədiyi mövqe bir daha onun qəhrəman obrazını yaradıb.

Gununsesi.info bildirir ki, dünən gecə yaşanan bu olay sosial şəbəkələrin Azərbaycan seqmentində də əsas müzakirə mövzusu olub.

Azərbaycanlı aktyor, əməkdar artist Ağalar Bayramov sosial şəbəkə hesabında Zelenskini Cavad Xanla müqayisə edib.

O, yazır:

Ölümünu belə göz altına alıb, xalqının mənafeyini, qürurunu hər şeydən uca tutan, çoxlarının dodaq büzdüyü Zelenskinin, dünya nəhəngi – makler Trampın qarşısında sərgilədiyi mövqeyi, mənə 1803- cü ildə Gəncədə azğın Sisianova Cavad xanın sərt cavabı, Dağıstanda Şeyx Şamilin çar generallarına qarşı apardığı mübarizə, Cövhər Dudayevin böyük Vətən sevgisi, Masxadovun Kremldə Yeltsini yerində oturtması, sayın Ərdoğanın Türkiyəyə qənim kəsilənlərə kəskin cavabı, Saakaşvilinin haqq-ədalət uğrunda çarpışmasını xatırlatdı…

P.S . Başı gödənindən aşağı olan, həyata mədəsinin gözü ilə baxanlar , üzdə məğrur gəzə-gəzə, arxada miskin həyat sürərək, “siyasət” adı altında söz üyüdünlər Zelenskinin nələr çəkdiyini heç cürə dərk edə bilməzlər…

 

Afət Abbasova 

Gununsesi.info