USAID Hindistanın transgender insanlar üçün ilk klinikasını bağlayır

  • By Admin2
  • 04 Mart 2025 10:00

Hindistanın transgenderlər üçün ilk tibbi klinikası ABŞ prezidenti Donald Trampın ona xarici yardımı dayandırmasından sonra üç şəhərdə fəaliyyətini dayandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə Hyderabadın cənubunda fəaliyyətə başlayan Mitr (dost) Klinikası minlərlə transgender insana HİV müalicəsi, dəstək və məsləhət xidmətləri təklif edib.

Hindistanın qərbindəki Thane və Pune şəhərlərində eyni ildə qurulan daha iki Mitr klinikası da yardımın kəsilməsi səbəbindən bağlanıb.

Qeyd edək ki, Yanvar ayında Tramp bütün xarici yardımı 90 gün müddətinə dayandıran və nəzərdən keçirilməsi gözlənilən sərəncam imzaladı.

Orxan

Gununsesi.info