
İsrail mediası Netanyahu hökumətinin Qəzzaya qarşı müharibəni yenidən başlatmağı planlaşdırdığını iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, “Cəhənnəm” adı verilən plan bir həftə ərzində həyata keçirilə bilər.
Mənbələr bildirirlər ki, İsrail bir həftə ərzində elektrik enerjisini kəsərək, Həmas liderlərini hədəfə alacaq və Qəzzanın şimalındakı sakinləri qaçmağa məcbur edəcək geniş hərbi əməliyyata başlayacaq.
“İsrail Hayom” qəzeti, plana həmçinin ABŞ-ın yeni təklifini qəbul etməsi üçün Həmas-a təzyiq etmək üçün su təchizatının kəsilməsini və məqsədyönlü sui-qəsdlərin həyata keçirildiyini bildirib.
Orxan