Kremlin Ukrayna sammiti ilə bağlı bəyanatı

  • By Admin2
  • 03 Mart 2025 17:01

Ukrayna Sammiti Lancaster House-da Böyük Britaniyanın baş naziri Key Starmer tərəfindən keçirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sammitdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Kremlin sözçüsü Dmitri Peskov sammitlə bağlı açıqlamasında deyib ki, sammitdə iştirak edən Avropa liderlərinin Kiyevə yardımı artırmaq vədləri münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayıb.

Peskov deyib ki, sammitin nəticələri, o cümlədən Britaniyanın 5 min hava hücumundan müdafiə raketinin alınmasına 2 milyard dollara yaxın dəstəyi münaqişənin davam etməsinə imkan verəcək.

Orxan

Gununsesi.info