Amerikalı nazir: "Tramp Zelenskinin istefasını istəmir"

  • By Günel
  • 03 Mart 2025 22:38

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki qızğın görüşdən sonra Ukrayna lideri Volodimir Zelenskinin istefasını istəmir.

Gununsesi.info xəbər verir ki, bunu CNN-a müsahibəsində ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib.

“Xeyr, Donald Tramp Ukrayna siyasətinə qarışmır”, – Lutnik Trampın Zelenskinin istefasını istəməsi ilə bağlı sualına belə cavab verib.

O bildirib ki, Trampın əsas məqsədi sülh qurucusu olmaqdır.

Gununsesi.info