“Neftçi” “Şamaxı”nı məğlub edib

  • By Günel
  • 31 Yanvar 2025 20:42

“Neftçi” Misli Premyer Liqasında “Şamaxı”nı məğlub edib.

Gununsesi.info -nun “Report” -a istinadən məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.

45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.

Günün ilk matçında “Kəpəz” “Sabah”ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Gununsesi.info