Goranboyda qəza olub: xəsarət alan var

  • By Günel
  • 04 İyul 2025 23:22

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza Goranboy–Aşağı Ağcakənd avtomobil yolunun Meşəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü A.Qurbanov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən, Xocalı rayon sakini, hazırda Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1965-ci il təvəllüdlü E.Məmmədovun sürdüyü “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində A.Qurbanov xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info