
Meksikadakı Sinaloa karteli ilə əlaqəsi olduğu iddia edilən boksçu kiçik Çaves ABŞ-də saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də immiqrasiya orqanları Los-Ancelesdə meksikalı boksçu Julio Sezar Chavezi saxlayıb. ABŞ-lı rəqibi Ceyk Polla vacib görüşdə uduzduqdan bir neçə gün sonra saxlanılan boksçunun deportasiya edilməsi planlaşdırılır. Mövzu ilə bağlı açıqlama verən ABŞ Daxili Təhlükəsizlik 2024-cü ildə daimi yaşayış üçün müraciətində yalan ifadələr verən Çavesin ölkədə qeyri-qanuni olduğu təsbit edildiyini iddia edib. Açıqlamada meksikalı boksçunun ABŞ vətəndaşı ilə evli olduğu bildirilib.
Boksçunun vəkili Maykl Qoldşteyn çərşənbə günü Çavezin Studio City ərazisindəki evində 20-dən çox immiqrasiya rəsmisi tərəfindən saxlanıldığını açıqlayıb. Müvəkkilinə qarşı irəli sürülən ittihamları “şok edici” adlandıran Qoldşteyn iddia etdi ki, bu ittihamlar “cəmiyyəti terror etmək üçün hazırlanıb”.
ABŞ Daxili Təhlükəsizlik Departamenti dünya çempionu boksçu Xulio Sezar Çavesin 39 yaşlı oğlu Çavesin Meksikadakı Sinaloa Karteli ilə əlaqədə şübhəli bilindiyini bildirib. Bu kartel ABŞ-də “xarici terror təşkilatı” siyahısındadır.
Saxlanılan boksçunun həyat yoldaşı Frida Munoz Çaves əvvəllər Sinaloa Kartelinin lideri Xoakin “El Çapo” Quzmanın oğlu ilə evli olub. Quzman hazırda ABŞ-də ömürlük həbs cəzası çəkir. Quzmanın oğlu Edqar 2008-ci ildə qətlə yetirilib.
Orxan