
Rusiya müharibənin 1227-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 66 978 PUA-sı, 612 zenit-raket kompleksi, 24 124 tank və digər zirehli texnikası, 1 573 reaktiv yaylım atəş sistemi, 26 910 artilleriya və minaatanı, 37 637 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.