
İngiltərənin “Çelsi” klubu ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub.
Gununsesi.info xəbər verir ki, London klubu 1/4 finalda Braziliyanın “Palmeyras” klubunu gərgin mübarizədə məğlub edib – 2:1.
Yarımfinalda Enzo Mareskanın yetirmələri Braziliyanın digər klubu – “Fluminense” ilə qarşılaşacaq.
Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.