Ağstafada qəza oldu - Xəsarət alan var

  • By Günel
  • 04 İyul 2025 23:27

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə qəsəbə sakini 1980-ci il təvəllüldü K.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info