
Gəncədə fərdi yaşayış evində baş verən partlayış nəticəsəndə xəsarət alan 67 yaşlı kişi Bakı şəhərinə aparılıb.
Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində ağır yanıq xəsarətləri alan Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev təcili yardım avtomobili ilə Bakı şəhərində yerləşən yanıq mərkəzinə göndərilib.
***
Gəncədə evdə qaz partlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospekti ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən evlərin birində qaz partlayıb. Nəticədə şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, evdə qaz partlayıb.
Fakt araşdırılır.