
Bəzi ölkələr üçün gömrük rüsumlarını 125 faizə qaldıran ABŞ prezidenti Tramp “tariflər”də israr etməkdə davam edir. Tramp sabahdan etibarən bəzi ölkələrə “tarif” məktubları göndərməyə başlayacaqlarını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ayova ştatındakı tədbirə qatılmaq üçün Vaşinqtondan ayrılarkən jurnalistlərə açıqlama verib.
Ticarət müqavilələri ilə bağlı əsl istəyinin “ölkələrə məktublar göndərmək və ödəyəcəkləri tarif dərəcəsini söyləmək” olduğunu vurğulayan Tramp, “Bu, çox asandır. Bildiyiniz kimi, 170-dən çox ölkə var və nə qədər razılaşma əldə edə bilərsiniz? Yaxşı müqavilələr bağlaya bilərsiniz, lakin onlar çox daha mürəkkəbdir” deyib.
Tramp deyib ki, ölkələr müxtəlif maddələri ehtiva edən konkret sazişlər istəyirlər ,
lakin o, sadə razılaşmaya üstünlük verib.
Sabahdan etibarən yəqin ki, müxtəlif ölkələrə “tarif məktubları” göndərəcəklərini söyləyən Tramp, “Müxtəlif ölkələrə ABŞ-ilə ticarət etmək üçün nə qədər pul ödəyəcəklərini söyləyəcək, gündə bəlkə də 10 məktub göndərəcəyik” deyib.
Konqres tərəfindən qəbul edilən və “Bir Böyük Gözəl Qanun layihəsi” adlandırılan qanun layihəsinin ölkəni “raket gəmisi”nə çevirəcəyini bildirən Tramp cümə günü yerli vaxtla saat 17:00-da qanun layihəsini imzalayacağını açıqlayıb.
Rekord artım əldə edəcəklərini ifadə edən Tramp, “İlk dövrüm çox, çox uğurlu keçdi. Ölkəmizin tarixində ən böyük iqtisadiyyata sahib idik. Düşünürəm ki, bu müddəti keçəcəyik” deyib.
Orxan