İsrailin hazırlıq mesajı

  • By Admin2
  • 04 İyul 2025 11:34

İsrailin müdafiə naziri Katz qeyd edib ki, ordu İranın öz qabiliyyətini bərpa etməsinin qarşısını almaq üçün hazır olmalıdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail İranla davam edən gərginliklə bağlı yeni açıqlama verib.

İsrailin müdafiə naziri Yisrael Katz deyib ki, İsrail ordusunun hazırkı planı İranın İsraili yenidən təhdid etməsinin qarşısını almaq üçün icra planı hazırlamaqdır.

“İsrail ordusu həm kəşfiyyatda, həm də əməliyyatlarda hava qüvvələrinin Tehran üzərində hava üstünlüyünü qoruyub saxlamaq və İranın öz imkanlarını bərpa etməsinin qarşısını almaq üçün hazır olmalıdır”, – Katz bildirib.

İran Xarici İşlər Nazirliyi nüvə məsələsində ABŞ ilə diplomatik danışıqların yenidən başlaması üçün “arxa kanal səylərinin” olduğunu bildirib .

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, “Birləşmiş Ştatlar İranla əsl sülh arzusunu nümayiş etdirməlidir” deyib.

Bekayi, “Diplomatiya aldatma vasitəsi və ya düşmənlərə qarşı bir növ psixoloji müharibə kimi istifadə edilməməlidir” deyə bildirib.

İran sözçüsü əlavə edib ki, Donald Tramp administrasiyası ilə nüvə danışıqları zamanı İsrailin hücumu zamanı diplomatiyaya xəyanət edilib.

Orxan

Gununsesi.info