Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı - FOTO

  • By Günel
  • 04 İyul 2025 23:28

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

Gununsesi.info xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin Serbiyada yerli “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında görüşünün hakim-inspektoru B.Quliyev olacaq.

İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gununsesi.info