Rusiyanın neft-qaz gəlirləri azaldı

  • By Günel
  • 04 İyul 2025 08:32

İyun ayının yekunların görə, Rusiya büdcəsinin neft-qaz gəlirləri 494,8 milyard rubl təşkil edib ki, bu da 2023-ci ilin yanvar ayından sonra ən aşağı göstəricidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, may ayı ilə müqayisədə gəlirlər təxminən 18 milyard rubl azalıb. Həmçinin qaz və qaz kondensatının satışından əldə edilən vəsaitlərin daxilolmalarında da azalma qeydə alınıb.

Məlumata görə, əldə edilən gəlirlər gözləniləndən 7,05 milyard rubl az olub.

Xatırladaq ki, daha əvvəl Polşanın Baş naziri Donald Tusk Polşanın neft emalı şirkəti olan “Orlen”in iyulun 1-dən Polşa, Litva və Çex Respublikasına Rusiya neftinin tədarükünün dayandırması barədə qərar qəbul edib.

Gununsesi.info