İsrail Qəzzada bir gündə 102 fələstinlini öldürüb

  • By Admin2
  • 04 İyul 2025 11:44

İsrail ordusunun dünən Qəzzada həyata keçirdiyi hücumlarda 44-ü humanitar yardım gözləyən 102 fələstinli həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın blokadasını gücləndirərək və humanitar yardımların ölkəyə girişini əngəlləyərək humanitar fəlakətə səbəb olan İsrail mülki insanları hədəf almağa davam edir.

İsrail döyüş təyyarələri Qəzza şəhərində Mustafa Hafiz məktəbini bombalayıb.

İsrailin məcburi köçkün fələstinlilərin sığındığı məktəbə hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

İsrail ordusunun Qəzza şəhərinin Nablusi kəsişməsi yaxınlığında humanitar yardım gözləyən fələstinliləri hədəf alması nəticəsində 30 fələstinli həlak olub.

İsrail ordusu həmçinin Xan Yunisin qərbindəki Mavasi bölgəsində məcburi köçkün fələstinlilərin yaşadığı çadırları bombalayıb, çoxlu çadırları yandırıb külə çevirib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda təkcə dünən 102 fələstinli həyatını itirib, onlardan 44-ü humanitar yardım gözləyirdi.

Orxan

Gununsesi.info