
Cəlilabadda yol qəzasında yaralananların adları bilinib.
Gununsesi.info xəbər verir ki, onlar 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-ci il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.
***
Cəlilabadda yol qəzası olub.
Gununsesi.info xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində baş verib.
Belə ki, Astara istiqamətində hərəkətdə olan “Toyota Corolla” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.