İsrail qüvvələri helikopterlərlə Dəməşqə eniş edib

  • By Admin2
  • 04 İyul 2025 13:19

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqin mərkəzindən 10 kilometr cənubda yerləşən Yafur bölgəsinə hava hücumu təşkil etdiyi bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin mərkəzindən 10 kilometr cənubda yerləşən Yafur bölgəsində havadan əməliyyat keçirib. Yerli mənbələrdən əldə edilən məlumata görə,  saat 03:00 radələrində İsrail helikopterləri Yafur bölgəsində havadan zərbə əməliyyatı həyata keçirib.

Qısa müddət Yafurda qalan, sonra isə ayrılan İsrail komandasının gəlişinin səbəbi hələlik məlum deyil.

İsrail bundan əvvəl də Suriyanın müxtəlif bölgələrində analoji hava hücumu əməliyyatları həyata keçirib.

Orxan

Gununsesi.info