İmamoğlunun 8 il 9 ay həbsi istənilir

  • By Günel
  • 05 İyul 2025 09:31

Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun bakalavr diplomunun ləğv olunması ilə bağlı ittiham aktı tamamlanıb.

Gununsesi.info bildirir ki, İttiham aktında İmamoğluya qarşı 8 il 9 ay həbs cəzası tələb olunub, həmçinin siyasi fəaliyyətin qadağan olunması istənilib.

“Əkrəm İmamoğlu bakalavr diplomunu saxtakarlıqla əldə edib və saxtakarlıq cinayətinə şərik olub”, – deyə ittiham aktında qeyd olunub.

Qeyd edək ki, bu ilin mart ayında İmamoğlunun İstanbul Universitetindən 35 il əvvəl aldığı diplomun saxta olması iddiası əsasında istintaq başladılıb.

Afət Abbasova

Gununsesi.info