“Transneft”in vitse-prezidenti Bədəlov pəncərədən yıxılaraq ölüb

  • By Admin2
  • 04 İyul 2025 11:25

“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.

Hadisə yerində müstəntiqlər işləyir.

Bədəlov 2021-ci ildən bu vəzifədə çalışıb, o, bundan əvvəl Vosxod Elmi-Tədqiqat İnstitutunda işləyib.

Gununsesi.info