Pakistanda beşmərtəbəli bina uçub, beş nəfər ölüb

  • By Admin2
  • 04 İyul 2025 14:34

Pakistanın Kəraçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Dağıntılar altında qalanların xilas edilməsi üçün xilasetmə işlərinə başlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Karaçi liman şəhərində beşmərtəbəli binanın uçması nəticəsində azı 5 nəfərin öldüyü bildirilir  . Pakistan polisi hadisə nəticəsində 6 nəfərin yaralandığını, dağıntılar altında qalanların olduğunu bildirib.

Yerli vaxtla saat 10:10 (GMT 08:10) radələrində baş verən insidentdən sonra yerli sakinlər və axtarış-xilasetmə qrupları dağıntılar altında qalanların xilas edilməsi üçün işə başlayıb. 

Pakistanda 5 mərtəbəli bina uçub: 5 nəfər ölüb - 1

Yerli polis rəisi Arif Əziz AFP xəbər agentliyinə bildirib ki, indiyədək 5 nəfər dağıntılar altından xilas edilib, 6 nəfər isə yaralanıb. Əziz binada 100-ə yaxın insanın yaşadığını bildirib. 

Xilasetmə əməliyyatına rəhbərlik edən Edhi təşkilatında çalışan Saad Edhi, dağıntılar altında hələ də 8-10 nəfərin ola biləcəyini və binanın “yarasız vəziyyətdə” olduğunu söylədi . Edhi, dörd nəfərin öldüyünü söylədi. 

Orxan

Gununsesi.info