Məsud Pezeşkianın Xankəndiyə səfər proqramı açıqlandı

  • By Günel
  • 04 İyul 2025 09:14

İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı keçiriləcək.

Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğız, Şimali Kipr Türk Cümhuriyyəti, İran və Tacikistan prezidentləri, Pakistan, Qazaxıstan Baş nazirləri, Əfqanıstan Baş nazirinin müavini, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28 Prezidenti, Nigeriyanın büdcə və iqtisadi planlama naziri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Zirvə görüşünün əsas mövzusu “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” olacaq.

Gununsesi.info