Lüks geyim markasının sisteminə icazəsiz giriş

  • By Admin2
  • 04 İyul 2025 15:01

Louis Vuitton Koreya, icazəsiz üçüncü şəxslərin onun sistemlərinə müvəqqəti olaraq giriş əldə etdiyini və müştərilərinin bəzi məlumatlarının sızdırıldığını elan etdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dməşhur lüks geyim markası Louis Vuitton- un Cənubi Koreya filialı üçüncü tərəflərin onun sistemlərinə icazəsiz giriş əldə etməsindən sonra bəzi müştəri məlumatlarının sızdırıldığını açıqlayıb. Bildirilib ki, sızan məlumatlarda maliyyə məlumatları yox, əlaqə məlumatları var.

Cümə günü şirkətin Cənubi Koreyadakı mənzil-qərargahı tərəfindən edilən açıqlamada, “Təəssüflə bildiririk ki, icazəsiz üçüncü tərəf sistemimizə müvəqqəti giriş əldə edib və nəticədə bəzi müştəri məlumatlarının sızması ilə nəticələnib”.

Açıqlamada bildirilib ki, şirkət çərşənbə günü vəziyyətlə bağlı məlumatlandırılıb və məsələ ilə bağlı hökumətə məlumat verilib. Şirkət sistemin təhlükəsizliyini artırmaq və sözügedən məlumatların pozulmasına nəzarət etmək üçün tədbirlər görüldüyünü açıqlayıb.

Orxan

Gununsesi.info