15 yaşlı yeniyetmə su anbarında boğuldu

  • By Günel
  • 03 İyul 2025 21:57

Astarada bədbəxt hadisə olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Belə ki, kənd sakini 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.

Kənd sakinləri M.Ağazadənin meyitini su anbarından çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info