Ermənistan Rusiyaya nota verdi

  • By Günel
  • 04 İyul 2025 20:28

Ermənistan Rusiyaya nota verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.

Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.

Eyni zamanda Rusiya mediasında Ermənistan hökumətinə qarşı açıq-aşkar dost olmayan təbliğata qəti etiraz ifadə edilib.

Gununsesi.info