Sığorta şirkəti öz binasını sığortalamayıb

  • By Admin2
  • 04 İyul 2025 10:49

Avropanın aparıcı şirkətlərindən biri olan Generali Milanda baş verən maraqlı və ironik qəza ilə gündəmdədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Generalinin Milanda 170 metr hündürlüyündəki binasının üstündəki nəhəng şirkət lövhəsi söküldükdən sonra çox təhlükəli hala gəldi. Can itkisi olmasa da, işarənin vurduğu maddi ziyanın milyonlarla avro olduğu bildirilir.

Ən diqqətçəkən detal isə sığorta nəhənginin öz binasını sığortalamamasıdır… Bildirilib ki, şirkət nişanın vurduğu zərərin təmir xərclərini tamamilə öz büdcəsi hesabına ödəməli olacaq. Sənaye mənbələri də vurğulayır ki, bu vəziyyət Generali üçün ciddi nüfuz itkisi deməkdir.

Qəzadan sonra binada təhlükəsizlik tədbirləri gücləndirilib, lövhənin yıxılmasının səbəbləri ilə bağlı texniki araşdırma aparılıb. İlkin tapıntılar əlaqə nöqtələrində korroziyaya və texniki xidmətin olmamasına işarə edir…

Orxan

Gununsesi.info