
ABŞ prezidenti Tramp ölkə tarixində daha bir ilkə imza atacağını açıqlayıb. Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünü qeyd etmək üçün Ağ Evin ərazisində 20 000 nəfərin izləyəcəyi UFC döyüş tədbiri keçiriləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Amerikanın müstəqilliyinin 250-ci ildönümünü qeyd etməyi planlaşdırdığı tədbirlərdə yeni mərhələyə keçməyə hazırlaşır.
Tramp Ayova ştatının Des Moines şəhərində keçirilən America250 mitinqində iştirak edib.
Burada izdiham qarşısında çıxış edən ABŞ prezidenti Ağ Evin ərazisində Ultimate Fighting Championship (UFC) döyüşü keçirməyi planlaşdırdığını bildirib.
“Orada çox böyük ərazimiz var” deyən Donald Tramp, tədbirin 20-25 min adam tərəfindən izləniləcək “tam hüquqlu döyüş” olacağını əlavə etdi.
“Təsəvvür edin, biz Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik”-, o, deyib.
Qeyd edək ki, qarışıq döyüş sənətinin (MMA) böyük pərəstişkarı olan Tramp son aylarda bir neçə UFC matçını rinq kənarından izləyib. ABŞ prezidenti UFC prezidenti Dana White ilə də yaxın dostdur.
Prezident həmçinin Vaşinqtonun Milli Parkında böyük festivalın keçiriləcəyini və ölkənin hər yerindən gələn orta məktəb şagirdləri üçün ayrıca idman yarışının keçiriləcəyini açıqlayıb.
Orxan