
Polşanın keçmiş prezidenti və “Həmrəylik” hərəkatının lideri Lex Valensa xəstəxanaya aparılıb.
Gununsesi.info xəbər verir ki, 81 yaşlı siyasətçi xəstəxanaya yerləşdirildiyini şəxsən “Facebook” da paylaşıb.
“Tanrıya şükür, yenən bacardıq”,- deyə yazan Valensa, xəstəxana çarpayısında tibbi avadanlıq və oksigen maskası ilə uzanmış şəklini paylaşıb.
Polşanın “İnteria” portalının məlumatına görə, xəstəxanaya yerləşdirmə əvvəlcə planlaşdırılmış tibbi prosedurla bağlıdır.
