BMT: 1,9 milyon suriyalı geri döndü

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) 8 dekabr 2024-cü ildə Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə başlayan suriyalıların ölkə daxilində və xaricə qayıdanların sayının təxminən 1,9 milyona çatdığını bildirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, BMT Suriyadakı hadisələrlə bağlı yeni hesabat dərc edib.

İqtisadi imkanların və əsas xidmətlərin olmamasının ölkələrinə qayıdan suriyalılar üçün ən böyük problem olduğu bildirilən hesabatda, ” Suriyanın sağalmasına kömək etmək üçün beynəlxalq dəstəyə kritik şəkildə ehtiyac var” deyilib.

Hesabatda vurğulanıb ki, Suriyada bir çox insanın elektrik enerjisi, təmiz su və səhiyyə xidmətlərinə təhlükəsiz çıxışı yoxdur və rəsmi sənədlərin olmaması da geri qayıdanların əsas xidmətlərdən istifadə etməsinə və ya mənzil və torpaq tələb etməsinə mane olur.

Hesabatda ölkə daxilində və ya xaricdə qaçqın həyatı yaşayan 1,87 milyon suriyalının geri qayıtdığı qeyd edilib.

Suriyada kənd təsərrüfatı fəaliyyətinin və yerli bazarların bərpası üçün səylərin göstərildiyi, lakin dolanışıq vasitələrinin yetərli olmadığı və sığınacaqların yenidən qurulmasının ləng getdiyi qeyd edilib.

Hesabatda fikirləri yer alan BMT-nin baş direktoru Emi Pope suriyalıların dözümlü və yenilikçi olduqlarını bildirib.

“Suriyalıların öz cəmiyyətlərini və həyatlarını bərpa etmək üçün əhəmiyyətli yardıma ehtiyacı var” -Pope deyib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2024-cü ilin yanvar ayından bəri Suriyada 1,3 milyondan çox məcburi köçkün öz evlərinə qayıdıb, xaricdən qayıdan suriyalı qaçqınların sayı isə 730 minə çatıb.

Orxan

Gununsesi.info