
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Qətər yaxın illərdə Əl-Udeid aviabazasının genişləndirilməsi və modernləşdirilməsi üçün 10 milyard dollar sərmayə yatıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya English” məlumat yayıb.
Dohanın cənub-qərbində yerləşən və Yaxın Şərqdə ABŞ-ın ən iri hərbi bazası sayılan Əl-Udeid bölgədəki əməliyyatlarda mühüm rol oynayır.
Trampın sözlərinə görə, sərmayə infrastrukturun təkmilləşdirilməsinə və ABŞ qüvvələrinin təhlükəsizliyinin artırılmasına xidmət edəcək.
Səfər çərçivəsində Tramp Qətərlə 42 milyard dollar dəyərində müdafiə sazişi imzalandığını da açıqlayıb. Razılaşmaya silah tədarükü və birgə təlim proqramları daxildir.
Qeyd edək ki, ABŞ prezidenti Qətərdən sonra BƏƏ-yə səfər edəcək.
Səfərin məqsədi Vaşinqtonun regiondakı təsirini möhkəmləndirmək və strateji əməkdaşlığı gücləndirməkdir.
Şəbnəm