
“Yeşilçam”ın unudulmaz aktrisası Ahu Tuğbanın cənazəsi 27 gün sonra Türkiyəyə gətirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, onun nəşinin Amerikadan Türkiyəyə gətirilməsi uzun müddətdir gözlənilirdi.
Aktrisa ilə vida mərasimi Beyoğlu Atlas Kinoteatrında keçiriləcək. Sənətçi Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Tuğa sentyabrın 1-i Mayamidə evində vəfat edib.
Gununsesi.info