
Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan ediblər.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində kommunike imzalanıb.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fələstinin Baş naziri Məhəmməd Mustafa imzalayıb.
Xatırladaq ki, Ermənistan iyun ayında Fələstin dövlətini tanıyıb və bundan əvvəl BMT-də Fələstin hüquqlarının genişləndirilməsinə səs verib.
Gununsesi.info