8 Noyabr prospekti tam açıldı

  • By Günel
  • 26 Sentyabr 2024 16:38

8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Gununsesi.info-ya NİİM-dən məlumat verilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Gununsesi.info