Məşhur ailənin oğlu azərbaycanlı xanımla nişanlandı -Fotolar

  • By ilhame
  • 26 Sentyabr 2024 19:45

Türkiyəli iş adamı Kamal Gülman və Feryal Gülmanın oğlu Aslan Kamal azərbaycanlı sevgilisi Məryəm Mehdiyeva ilə nişanlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

 

Bildirilib ki, 2022-ci ildən münasibətləri başlayan cütlüyün nişanı Məryəmin Moskvadakı evində baş tutub.

 

Qeyd edək ki, Məryəm Mehdiyeva Londonda Biznesin idarə edilməsi fakültəsini bitirib.

Gununsesi.info