
Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos (Theodoros Rousopoulos) Azərbaycan XİN-in AŞPA-nın müəyyən üzvlərinin Azərbaycanda arzuolunmaz şəxs hesab ediləcəyinə dair bəyanatına reaksiya verib:
“Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək daha təəssüf doğuran siqnaldır. Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin qara siyahıya salınması yalnız əks-nəticə verə bilər”.
Bundan əəvvəl verilən xəbərdə deyilirdi ki, “Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə avqustun 23-də Almaniya parlamentinin üzvü Frank Şvabenin AzadlıqRadiosuna müsahibəsinə cavab verərkən bildirib.
Gununsesi.info