
Bakının Nərimanov Rayonu Fətəli Xan Xoyski 130 ünvanda yerləşən yataqxanada yanğın baş verib.
Gununsesi.info-nun xəbərinə görə, binanın ikinci mərtəbəsində baş verən yanğının qəsdən törədildiyi iddia olunur.
Sakinlər deyir ki, yataqxananın yerində yüksək mərtəbəli yaşayış binasının tikintisi planlaşdırılıb. “Ancaq bir neçə ailə təklif olunan məbləğlə razılaşmadığından binanın söküntüsü uzanırdır. Ona görə də bu qəsd işidir” deyə sakinlər əlavə edib.
Gununsesi.info