İtaliya çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

  • By ilhame
  • 26 Avqust 2024 20:41

Avqustun 26-sı, 27-si İtaliya A və B seriyasında keçiriləcək matçlar 1 dəqiqəlik sükutla başlayacaq.

 

Gununsesi.info İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb isveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun xatirəsini yad etməkdir.

 

Bu gün 76 yaşında dünyasını dəyişən mütəxəssis İtaliyada “Roma”, “Fiorentina”, “Sampdoriya” və “Latsio”da klublarını çalışdırıb.

Gununsesi.info