Sabirabadda su kanalında boğulan 17 yaşlı oğlanın meyiti tapılıb

  • By ilhame
  • 26 Avqust 2024 21:06

Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.

 

Gununsesi.info – nun məlumatına görə, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

 

Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu beton su kanalında çimərkən boğulub.

 

Hadisə yerinə FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

 

Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E.Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info