
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisin növbədənkənar seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Musaküçə, Lürən, Pircana, Yusifli kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev görüşdə qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, milli maraqları qoruyan uğurlu siyasəti ilə Azərbaycan hər bir hədəfə zamanında çatıb. Yeni Azərbaycan Partisinin seçki platformunda bu dəfə də xalqın rifahı, iqtisadiyyatın gücləndirilməsi, milli maraqlar, bölgələrin inkişafı prioritet hesab olunur.
Deputatlığa namizəd Məşhur Məmmədov isə qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən çətin günlərində sınaqlardan uğurla çıxıb, partiyanın yaradıcısı Ümmümilli Lider Heydər Əliyev, Azərbaycanı parçalanmaqdan qoruyub: “Bu gün də Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar attır, uğurlar göz qabağındadır. Azərbaycan dünyada söz sahibinə çevrilmişdir. Ölkəmizin ərazi butövlüyü və suverenliyi bərpa olunub”.
O, bütün seçiciləri fəal səs vermədə iştirak etməyə çağırıb. Məşhur Məmmədov deputat seçiləcəyi təqdirdə seçiciləri ilə görüşlərin davam edəcəyini, onların problemlərinin səlahiyyətləri çərçivəsində həllinə çalışacağına söz verib.
Görüşdə çıxış edənlərdən Hikmət Xəlilov, Balakərim Yaqubov, Nahid Rəhimov, İnşallah əsgərov və Məmmədağa Eynullayev YAP-ın gördüyü siyasəti dəstəklədiklərini bildiriblər. Onlar YAP-ı xalqın iradını ifadə edən rəqibsiz partiya olarak adlandırıblar.