
Qazaxıstanın Baş naziri Oljas Bektenov və OPEC-in baş katibi Haysam Əl-Qais qlobal neft bazarındakı mövcud vəziyyəti və cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Qazaxıstan Respublikası Baş nazirinin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, hökumət başçısı OPEC-in qlobal neft bazarının sabitliyinin təmin edilməsində mühüm rolunu vurğulayıb.
Görüşdən sonra Oljas Bektenov və Heysam Al-Qais uğurlu və məhsuldar əməkdaşlığı davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Qeyd edək ki, Qazaxıstan 2016-cı ildən OPEC+ sazişinin iştirakçısıdır. Ölkədə neft hasilatı 90-dan çox yerin təki istifadəçisi tərəfindən həyata keçirilir.
Gununsesi.info