Şahbaz Şərif Bakıdadır - Fotolar

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycana dövlət səfərinə gəlib.

Gununsesi.info xəbər verir ki, qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.