
Gürcüstan vətəndaşları, Parisdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin üçüncü ildönümünə həsr olunmuş yürüşdə iştirak ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya dəstək məqsədilə keçirilən bu yürüş, Respublika Meydanında başlayıb və Bastiliya Meydanında sona çatıb.
Yürüşün başında Paris meriyasının nümayəndələri, iştirakçılar, həmçinin Rusiya koloniyası da iştirak edib. Onların arasında məşhur rusiyalı bloqer Sergey Parkhomenko da olub.
Əlavə olaraq, Çeçenistan, Gürcüstan, Moldova və Polşa nümayəndələri ilə yanaşı, Femen hərəkatının üzvləri də ayrı-ayrılıqda yürüş ediblər.
Yürüşün sonunda, toplaşanlara döyüşlər zamanı atəşə tutulan Ukrayna təcili tibbi yardım maşını nümayiş etdirilib.
Günel