Yelo Bank onları unutmadı

  • By admin
  • 21 Aprel 2025 13:38

Yelo Bank neyromüxtəlifliyi olan gənclərin məşğulluğuna dəstək
məqsədilə tədbir keçirib.

Aprel bütün dünyada “Autizm Maarifləndirmə Ayı” kimi qeyd olunur. Korporativ sosial məsuliyyətli bank kimi Yelo hər il aprel ayında autizmin bir xəstəlik deyil, fərqlilik olduğu mövzusunda həm əməkdaşlarını, həm də cəmiyyətimizi maarifləndirən təşəbbüslərə imza atır. Bu dəfə Bank kollektivi Azərbaycanın ilk
inklüziv kafesi olan “Kashalata”nı ziyarət edib.

 

Bu barədə adıçəkilən bankdan redaksiyamıza göndərilən məlumatda deyilir.

Bu məkan autizmli və əlilliyi olan gənclərin məşğullluğunu, cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə açılıb. Belə gözəl missiyanın bir parçası olmaq üçün Yelo Bank əməkdaşları
kafedə bir araya gələrək buranın kollektivi, interyeri və iş mühiti ilə yaxından tanış
oldular.
Kafenin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova
əməkdaşları salamlayaraq, kafenin maraqlı, bir o qədər də ilhamlandıran
hekayəsini bölüşdü. Həmçinin, xüsusi diqqət və xoş təşəbbüsə görə Yelo Bank
kollektivinə təşəkkür etdi.
Yelo Bank-ın korporativ sosial məsuliyyət təşəbbüsləri xüsusilə, qadınların və
uşaqların dəstəklənməsinə üstünlük verir. Bank bu istiqamətdə talassemiyalı və
autizmli uşaqlara yardım, könüllü qan donorluğu aksiyaları, aztəminatlı ailələrə
bayram sovqatlarının aparılması və s. təşəbbüslər həyata keçirir. Gələcəkdə də
bu cür tədbirlər davam etdiriləcək.
Bank xidmətləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!