
Dünən Tailandın cənubundakı Narathiwat əyalətində iki ayrı bombalı hücum baş verib. Hücum zamanı aralarında qadın və uşaqların da olduğu 17 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Taylandın cənubunda bombalı hücum çaxnaşması yaşanıb . Narathiwat əyalətində dünən yerli vaxtla saat 18:45-də baş verən və polis iqamətgahını hədəf alan ilk hücumda bomba yüklü avtomobilin partlaması nəticəsində hadisə yerindən keçən məktəb avtobusunda olan 8 polis əməkdaşı və 2 şagird yaralanıb.
Yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb. Polis qruplarının ilkin araşdırmaları nəticəsində hücumun lojanın qarşısında buraxılmış bomba yüklü avtomobillə edildiyi müəyyən edilib.
Partlayışdan bir neçə saat sonra eyni əyalətdə baş verən başqa bir hücumda isə mülki Buddistlərin təşkil etdiyi şam yeməyi hədəfə alınıb. Şahidlərin sözlərinə görə, üstü açıq yük maşını ilə hadisə yerinə gələn maskalı hücumçular axşam yeməyi yeyən dinc sakinlərə qumbaraatan və silahla hücum ediblər. Hadisə zamanı aralarında qadınların da olduğu 7 nəfər yaralanıb, yaralılar sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hücumlardan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
Orxan