
Gəncədə qadın fiziki təyziqə məruz qalıb.
Gununsesi.info-nun məlumatına görə, 65 yaşlı Şəfəqqət Ağayeva döyülüb.
O, bədən xəsarətləri diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyəti kafi olduğu bildirilir. İlkin versiyaya görə, yaşlı qadını qonşusu döyüb.
Faktla bağlı araşdırma aparılır.