
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Votsap (WhatsApp) messencerini Qərb sivilizasiyasını məhv etməkdə ittiham edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “Daily Mail”də dərc olunan köşə yazısında bildirib.
Sabiq baş nazir insanların sosial şəbəkələrdə ünsiyyətə daha çox vaxt ayırmasından, real əyləncələrə getməməsindən şikayətlənib.
“Onlar (gənclər) mənim nəslimin əvvəllər içdiyi qədər içki içmirlər. Bəlkə də bu, doğum nisbətinin kəskin azalması ilə izah olunur”, – Conson qeyd edib.
Siyasətçi qeyd edib ki, üz-üzə ünsiyyət onlayn söhbətlərdən daha rahat və proqnozlaşdırıla biləndir.