İsrailli nazirin qalmaqallı açıqlaması

  • By Admin2
  • 21 Aprel 2025 12:07

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç İsrail radiosuna açıqlamasında “Düzünü deməliyik, əsirlərin qaytarılması hökumətin ən mühüm məqsədi deyil” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzza zolağında saxlanılan israilli məhbuslarla bağlı qalmaqallı açıqlamalar verib.

Smotriç İsrail radiosuna deyib: “Biz həqiqəti söyləməliyik, məhbusların qaytarılması hökumətin ən mühüm məqsədi deyil”.

Çıxışına HƏMAS-ı hədəf alan açıqlamalarla davam edən Smotrich, “Əlbəttə, bu, çox əhəmiyyətli bir məqsəddir, lakin 7 oktyabr kimi bir hadisənin bir daha yaşanmamasını istəyirsənsə, HƏMAS-ı məhv etməlisən və bu, HƏMAS-ın Qəzzada qala bilməyəcəyi anlamına gəlir”deyib.

Məhbus Ailələri Forumu ifrat sağçı nazir Smotriçə belə reaksiya verib: “Ailələrin bu səhər deməyə sözü yoxdur, yalnız utanırlar. Nazir ən azı ictimaiyyətə acı həqiqəti göstərir ki, bu hökumət qəsdən girovlardan imtina etməyi seçib”.

Orxan

Gununsesi.info